8 Aprel 2019 14:24
66 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında sürücü yol təmiri işçisini vurub. Bu dəhşətli hadisə həmçin yolla hərəkət edən digər avtomobilin sürücüsü tərəfindən görüntülənib.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində yol təmirçisi havada bir neçə dəfə fırlanaraq asfaltın üzərinə çırpılıb.

Hadisə paytaxt Keyptaun yaxınlarında qeydə alınıb. Sürücü yolla hərəkət edən və yol işçisi olduğu görünən, əynində sarı jilet olan işçini diqqətsiz olması səbəbindən vurub. Avtomobilin üzərinə gəldiyini görən yol təmirçisi xilas olmağa çalışsa da, buna müvəffəq olmayıb. Qəza nəticəsində ağır yaralanan Phindela adlı işçi xəstəxanaya çatdırılıb.

Polis araşdırmalara başlasa da, piyadanı vuran sürücünün kimliyini hələlik müəyyən edə bilməyib.


Müəllif: Cavad