Demokratlar Partiyası və onun lideri Prezident Donald Trampın vergi bəyannaməsini əsla görməyəcək. Trampın vergi bəyannaməsini açıqlaması haqqında çağırışlar siyasi fənddir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ağ Evin müvəqqəti mətbuat katibi Nik Mulvaney deyin.
Xatırladaq ki, ötən həftənin çərşənbə günü Konqresin Nümayəndələr Məclisində komissiyalardan biri Donald Trampın vergi bəyannaməsini tələb edib.
Əlavə edək ki, əvvəlki ABŞ-ın digər prezidentlərindən fərqli olaraq Donald Tramp vergi bəyannaməsinin açıqlanması çağırışlarını rədd edir.
Donald Tramp bu mövzuda suala cavabında deyib ki, bu haqda vəkilləri danışıb və sualı olan bunu Ədliyyə Nazirliyinə verə bilər.