11 Aprel 2019 15:39
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalında yerləşən Əl-Xol düşərgəsində 235 uşaq həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalistlərə Rusiyanın Suriyadakı hərbi nümayəndəsi, general-mayor Viktor Kupçişin məlumat verib.

ABŞ liderliyindəki koalisiyanın nəzarətindəki düşərgədən qaçan bir qadının burada qeyri-insani vəziyyətin hökm sürməsindən danışdığını bildirən general deyib:

“Düşərgədə hər gün 10-20 nəfər həyatını itirir. Aralarında uşaqlar da var. Son bir həftə ərzində dərman və qida çatışmazlığı, həmçinin digər qeyri-insani şərtlər səbəbindən 7 uşaq ölüb. Ümumilikdə Əl-Xol düşərgəsində bu günədək 235 azyaşlı həlak olub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər