12 Aprel 2019 22:47
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev onun portreti ilə reklam lövhələrinin quraşdırılmasını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Qazaxıstan dövlətinin başçısı bu barədə Twitter-də yazıb.

Tokayevin sözlərinə görə, ona şəhərdə 14 dəbdəbəli billboardun yerləşdirilməsi barədə məlumat verilib.

"Hesab edirəm ki, bu tamamilə yersizdir, mən belə təbliğata ehtiyac duymuram. Belə inzibati cəhd nəyə lazımdır?"-deyə Tokayev ictimaiyyətlə görüşdə soruşub.

Bundan sonra o, bütün səviyyələrdən olan akimlərə (merlərə və qubernatorlara) reklam plakatlarında ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə əldə edilən uğurları nümayiş etdirməyi tapşırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər