Tələbəsinə cinsi təcavüz etmək istəyən professor həbs edilib.
Teleqaf.com xəbər verir ki, hadisə Şimali Kipr Türk Cümhuriyyətində qeydə alınıb.
Doğu Ağdəniz Universiteti musiqi kafedrasının rəhbəri, professor Memduh ləbəsinə cinsi zorakılıq etdiyi iddiası əsasında həbs edilib.
Universitet rəhbərliyi hadisədən sonra professoru müvəqqəti olaraq vəzifədən kənarlaşdırıb.
Məlumata görə, musiqi təhsili alan L.Ö/ adlı tələbə dərslə bağlı suallara cavab almaq məqsədilə kafedra müdirinin yanında gedib. Tələbə professorun kabinetindən ayrılan kimi polisə gedərək cinsi təcavüzə məruz qaldığını bildirib.
Professoru həbs edilib. Polis idarəsinin açıqlamasında deyilir ki, tələbə dərsləri ilə bağlı professorun ofisinə gedib. Professor tələbəsini qucaqlayıb, yanaqlarını öpüb, dodaqlarından öpmək istəyib.
Professor isə ifadəsində tələbəsini dost kimi yanaqlarından öpdüyünü deyib.