İranda narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.
Teleqraf.com xəbər verir ki, bir il əvvəl həbs edilən, milliyyətcə bəluc olan gənc məhkum Əbdal Zahidani Dəstgerd həbsxanasında dara çəkilib.
Barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə iki gün əvvəl təkadamlıq kameraya köçürüldüyü bildirilən həmin şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.