“Levada Sentr” sorğu mərkəzi Rusiyada İosif Stalinin şəxsiyyəti və fəaliyyəti ilə bağlı sorğu keçirib.
Teleqraf.com RBK-ya istinadən xəbər verir ki, sovet liderinin ölkənin həyatında oynadığı rolu rusların 70 faizi (52% - çox müsbət, 18% - tamamilə müsbət) müsbət qiymətləndirib.
Respondentlərin yalnız 19%-i Stalinə mənfi münasibət bəslədiyini bildirib. Onlardan 14 faizi mənfi, 5 faizi tamamilə mənfi kimi qiymətləndirib. Suala 11% cavab verməkdə çətinlik çəkib.
Qeyd edilib ki bu, bütün dövrlərdə keçirilən sorğular arasında rekord göstəricidir.