İranın Xomeyni İmdad Komitəsinin rəhbəri Pərviz Fəttah ölkə rəhbərliyindən Avropa İttifaqının İranda sel fəsadlarının aradan qaldırılması üçün ayırdığı köməyi qəbul etməməyi istəyib.
Teleqraf.com xəbər verir ki, o, Avropa İttifaqını obyektiv olmamaqda ittiham edib.
Pərviz Fəttah Avropa İttifaqının məşhur amerikalı aktrisa Ancelina Coliyə İrandan çox pul ayırdığını bildirib.
O, Ancelina Colini “rəqqasə” adlandırıb:
“Avropa İttifaqı rəqqasə olan Ancelina Coliyə 40 milyon avro kömək etdiyi təqdirdə, İrana az kömək edib. Xarici İşlər Nazirliyi gərək bu məbləği onların başına vurardı”.
Qeyd edək ki, İranda baş vermiş sel nəticəsində 76 nəfər ölüb, mindən çox insan yaralanıb. Ölkəyə milyardlarla dollar həcmində zərər dəyib.
Avropa İttifaqı selin fəsadlarının aradan qaldırılması üçün İrana 1.5 milyon avro yardım ayırıb.