22 Aprel 2019 09:49
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən prezident seçkilərinin qalibi Vladimir Zelenski krımlıların Rusiyanın xeyrinə etdiyi seçimi anlamaq və qəbul etmək üçün regiona səfər edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Krım parlamentinin Millətlərarası Münasibətlər komitəsinin sədri Yuri Qempel deyib.

“Ümid edirik ki, Vladimir Zelenskinin reallıqları anlamaq üçün cəsarəti çatacaq. Rusiyanın Krımı bura sülhlə gəlib, regionun görünməmiş templə inkişaf etdiyinə şahid olmaq istəyən hər kəs üçün açıqdır”, - Qempel bildirib.

Onun sözlərinə görə, Ukraynadakı seçkilərin nəticələri kifayət qədər gözlənilən olub:

“Ukrayna elitası yeni prezidentin təcrübəsizliyindən, ölkəni peşəkar şəkildə idarə edəcək komandasının olmamasından istifadə edəcək. Gənc və təcrübəsiz prezidentin Yuri Boyko kimi güclü bir hökumət rəhbərinin olacağı halda uğura qazanması mümkündür”.

Qeyd edək ki, Ukraynada səslərin 85.78 faizinin sayılmasından sonra Vladimir Zelenski 73.2 faiz, Pyotr Poroşenko isə 24.46 faiz səs toplaya bilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər