22 Aprel 2019 18:29
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı prezident seçkilərində qalib gələn Vladimir Zelenski son illərdə Kiyev tərəfindən aparılan ukraynlaşma və militarizasiya siyasətini yumşaltmaq ehtimalına malikdir, amma radikal bir dəyişiklik gözlənilməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Strateji Araşdırmalar İnstitutunun siyasi eksperti Oleq Nemenski TASS-a müsahibəsində deyib.

Ekspert Zelenski ilə sələfi Petro Poroşenko ilə arasında ziddiyyət olmadığını bildirib:

“Zelenski kampaniya dönəmində Poroşenkonun rəqibi yox, onun cəzası olduğunu demişdi. Lakin onların arasında heç bir semantik ziddiyyət müşahidə edilmir.

Amma bundan sonra Ukrayna xalqını yoran siyasətdə yumşalma gözləmək olar. Məsələn, dini məsələlərə dövlətin müdaxiləsi zəifləyəcək və Donbasla təmas xəttində təxribatların dayandırılması mümkündür”.

Oleq Nemenski yeni prezidentin xarici siyasət də daxil olmaqla digər strateji sahələrdə dəyişiklik etmədəyəcəyini bildirib: “Rusiya ilə münasibətlərdə heç bir əhəmiyyətli irəliləyiş olmayacaq, şübhə yoxdur ki, o, Putinlə danışıqlar aparmaq istəyir. Poroşenko da dəfələrlə bu danışıqlara gedib”.

Ekspertin fikrincə, Vladimir Zelenski dönəmində Ukraynanın NATO və Avropa İttifaqına qoşulma siyasəti dəyişməz qalacaq: “Zelenskinin özü də bu barədə danışdı”.


Müəllif: Mənsur Rəğbətoğlu