Çin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaq istəyini rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Sözçü Gencq Şuanq bəyan edib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq Pekin Tehran hakimiyyəti ilə ticarət əlaqələrini davam etdirəcək.
Diplomat əlavə edib ki, Çin ABŞ tərəfindən tətbiq edilən birtərəfli sanksiyalara və uzun vədəli təzyiq cəhdlərinə qarşıdır: “İranla əməkdaşlığımız açıq, şəffaf və qanunidir. Buna hörmətlə yanaşılması lazımdır”.