25 Aprel 2019 11:07
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya yazıçısı Daniel Defonun qələmə aldığı “Robinzon Kruzo” romanın nəşrindən 300 il keçir.

Teleqraf.com xəbər verir ki, roman ilk dəfə 1719-cu ilin 25 aprelində nəşr edilib.

Romanla bağlı bəzi maraqlı faktları təqdim edirik:

- Əsəri əksər ədəbi tənqidçilər ilk ingilis dilli roman hesab edir.

- Əsər ilk dəfə bu adla nəşr olunub: “Yorklu bir dənizçinin qələmində dəniz qəzası ilə düşdüyü Amerika sahillərindəki tənha adada 28 ilini keçirərkən yaşadığı macəralar və quldurlar tərəfindən xilas edilməsi”.

- Romanın süjeti real həyatdan götürülüb. 1709-cu ildə Aleksandr Selkrik adlı dənizçi tənha qaldığı “İsla Mas e Tierra” adlı adadan xilas edilib.

- Həmin adanın adını 1966-ci ildə Çili hökuməti dəyişdirərək “Robinzon Kruzo adası” adlandırılıb.

- Əsərdə qadın obrazı yoxdur.

- Daniel Defo bu əsəri 60 yaşında yazıb. Yazıçının əsl adı Daniel Fodur. Sonradan soyadının əvvəlinə “De” artırıb.


Müəllif: Zəhra Rəsul

Oxşar xəbərlər