25 Aprel 2019 22:28
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada II tur prezident seçkilərindən qalib çıxan Vladimir Zelenski Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrin elanını gecikdirməkdə ittiham edib.

Zelenski bununla bağlı Feysbuk səhifəsində video-paylaşım edib.

“Çox gülməli hadisələr baş verir. Qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur. Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir”, - deyə Zelenski bildirib.

Zelenski hesab edir ki, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir.

Qeyd edək ki, qanunvericiliyə görə, MSK seçkilərin rəsmi nəticələrini mayın 1-dək elan edə bilər.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər