4 Sentyabr 2014 19:21
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl-Nusra cəbhəsində gərginliyin davam etdiyi bir dövrdə İsrail ordusu Suriyadakı mövqelərinə raketlərdən zərbə endirib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Suriya ordusu Kuneytra sərhəd qapısını ələ keçirdiyi iddia edilən əl-Nusra cəbhəsini və digər dəstələri artilleriya atəşinə tutub və raketlərdən birinin mərmisi Holan təpələrindəki İsrail işğalı altında olan nöqtəyə düşüb. İsrail buna cavab olaraq Suriyadakı qarşı tərəfin mövqelərini atəşə tutduğunu açıqlayıb.

Bundan əlavə, Suriya ordusunun keçirdiyi əməliyyat nəticəsində təşkilatın komandirlərindən olan Əbu Malik əl-Talli öldürülüb.

Samir


Müəllif: