27 Aprel 2019 12:50
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif “FoxNews” telekanalına müsahibəsində ABŞ hökumət rəsmilərini və bəzi dövlət rəhbərlərini Vaşinqtonu İranla müharibəyə təhrik etməkdə günahlandırıb.

Cavad Zərifin fikrincə, şəxsən ABŞ Prezidenti Donald Tramp İranla müharibə etmək niyyətində deyil:

“Hesab edirəm ki, Amerika prezidenti hansısa savaşdan çəkinməklə bağlı seçkilər zamanı tərəfdarlarına verdiyi vədə sadiq qalmaq istəyir. Buna baxmayaraq, düşünürəm ki, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Tehranla Vaşinqton arasında mövcud çaxnaşmanı qızışdıraraq Amerikanı İranla savaşa sövq edirlər.

Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, eləcə də Abu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Amerikanın İranla müharibəyə başlaması ilə bağlı maraq və niyyətlərini gizlətmir, bunu dəfələrlə göstəriblər.

Trampın isə əsas məqsədi İranı diz çökməyə vadar etmək üçün Tehrana qarşı maksimum təzyiq göstərməkdir. Lakin bu təzyiqlər nəticə verməyəcək”.


Müəllif: Səxavət

Oxşar xəbərlər