29 Aprel 2019 10:32
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu iddiası ilə 2016-cı ilin martında Miamidə həbs edilən biznesmen Rza Zərrabın məhkəmə prosesindən 3 il keçib.

Teleqraf.com xəbər verir ki, ABŞ prokurorluğu ilə əməkdaşlığa razılaşan Zərrab sonradan Nyu-Yorkda populyar restoranların birində görünmüşdü.

Bu yaxınlarda isə Zərrabla bağlı yeni iddia ortaya atılıb. Türk mediası Zərrabın azadlığa buraxıldığı və xanımı Ebru Gündəşlə görüşdüyü iddia edib.

Rza Zərrabın Nyu-Yorkda məhkəmə prosesini izləyən məşhur vəkil Cahid Ağbulud müvəkkilinin harada olması haqqında danışıb.

Vəkil bildirib ki, Zərrab Nyu-York ətrafında məxfi həbsxanada saxlanılır və indiyə qədər heç vaxt azadlığa buraxılmayıb. Vəkil əlavə edib ki, Ebru Gündəş Nyu-Yorka gəlib, Zərrabla yalnız həbsxanada görüşə bilib.

Hüquqşünas qeyd edib ki, məhkəmə ona Zərrabın hansı həbsxanada saxlanılmasına dair müraciətinə mənfi cavab verib və bunu Zərrabın təhlükəsizliyi ilə əlaqələndirib.


Müəllif: Cavad

Oxşar xəbərlər