Türkiyə Milli Kəşfiyyat Xidmətinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xüsusi xidmət orqanlarına çalışdığı iddiası ilə 10 gün əvvəl İstanbul hava limanında həbs etdiyi casus intihar edib.
Teleqraf.com xəbər verir ki, həbs edilən hər iki casusun istintaqını İstanbul prokurorluğu aparır.
Özünü Silivir həbsxanasında asan casus “siyasi və hərbi casusluq”, habelə “beynəlxalq casusluq”da ittiham olunurdu.