NASA, yeni kəşf edilən asteroidin bazar günü yerin yaxınlığından keçəcəyini açıqlayıb.
ANS PRESS-in xəbərinə görə, təxminən 20 metr uzunluğu olan “2014 RC” adlı asteroid yerə 40 000 kilometrə qədər yaxınlaşacaq.
Planetimiz və süni peyklər üçün hər hansı bir təhlükəsi gözlənilməyən asteroidin Yeni Zelandiyanın üzərində yerə ən yaxın nöqtədən keçəcəyi bildirilir.
“2014 RC” avqustun 31-də ABŞ-ın Arizona əyalətindəki Katalina səma araşdırmaları mərkəzi tərəfindən kəşf edilib.