Türkiyənin məşhur müğənnisi Kibariyənin qızının toyunda 75 yaşlı anası Məqbulə Toxmağın rəqsi sosial mediada maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Kibariyənin 19 yaşlı qızı Birgül Kiçikbalçıq dünən ailə həyatı qurub. Nənəsinin qeyri-adi rəqsi toya damğa vurub.
Müğənninin qızı 14 yaşında onunla cinsi əlaqədə olmaqda ittiham edilən 19 yaşlı Bülent Burak adlı şəxsə ərə gedib.
Toya sənət cameəsindən az sayda insan dəvət edilib.
Xatırladaq ki, Burak Bülent qızla sosial şəbəkədə tanış olduğunu və 14 yaşında onunla öz razılığı ilə cinsi əlaqəyə girdiyini söyləmişdi. Ailəsi oğlanı polisə versə də, qız ondan şikayətçi olmadığını demişdi. Qızın “Öz istəyimlə birlikdə oldum” ifadəsi alındıqdan sonra müttəhim dəlil çatışmazlığından bəraət qazanmışdı.