1 May 2019 16:48
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcü siyasətçi, erməni olduğu məndə şübhə doğurmayan İrakli Okruaşvili Azərbaycan müxalifətinə dəstək verməyin önəmini bildirib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, Azərbaycanın siyasi partiyaları Okruaşvilinin Gürcüstan hakimiyyətinə bu çağırışına cavab verməlidir:

“Bizim müxalif siyasi partiyalardan bir nəfər çıxıb bu yaramazın cavabını vermir ki, ay filankəs sən kimsən ki, Azərbaycanı və azərbaycanlıları öz yazında təhqir edirsən?!

Keçən həftə Gürcüstanda müxalifətdə olan Leyboristlər partiyasının sədri də bizi təhqir etdi. Bəs bizim müxalifət niyə Azərbaycan üçün önəmli olan məsələlərdə susmağa üstünlük verir? Heç onların indiyədək Qarabağla bağlı konsepsiyaları yoxdur. Səbəb donorların icazəsi olmadan addım ata bilməmələridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər