2 May 2019 23:58
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ölkə xaricində hərbi əməliyyatlarda 120 dinc sakinin öldürüldüyünü etiraf etdi

2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun Konqresin sorğusu ilə hazırlanaraq dərc olunan illik məruzəsində bildirilir.

Məruzəyə əsasən İraq və Suriyada 42, Əfqanıstanda 76, Somalidə isə 2 mülki şəxs həlak olub. Sənəddə həmçinin Liviya və Yəməndə mülki əhali arasında ölənlərin olub-olmamasına dair dəqiq məlumatların olmadığı qeyd edilib.

“ABŞ Müdafiə Nаzirliyinin bütün əməliyyatları qanun çərçivəsində, o cümlədən mülki əhalinin müharibə dövründə qorunması prinsipləri əsasında keçirilib”, - məruzədə vurğulanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər