5 May 2019 10:25
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının qətlində əsas iştirakçılardan olan Kəşfiyyat Xidmətinin rəisinin keçmiş müavini Əhməd Əsiri sərbəst buraxılıb.

Teleqraf.com xəbər verir ki, Tvitter mikrobloqunda Əsirinin hərbi xidməti başa vuran qardaşı oğlunun şərəfinə təşkil edilən mərasimdəki fotosu paylaşılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Prokurorluğu vəliəhd şahzadə Məhəmməd bin Salmanla yaxın olduğu deyilən Əhməd Əsirinin Qaşıqçının ölüm əmrinin icrasına rəhbərlik etdiyini açıqlamışdı.

Camal Qaşıqçı ötən ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşüb. Oktyabrın 23-də onun Baş Konsulluq iqamətgahının ərazisində cəsədi tapılıb. Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanları jurnalisti oğurlayıb, işgəncələrə məruz qoyub və qətlə yetiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər