Türkiyənin Şırnak bölgəsində baş tutan möhtəşəm toy ölkədə böyük marağa səbəb olub.
Teleqraf.com xəbər verir ki, kürd mənşəli Jirki tayfasına mənsub olan Mustafa Aldemirin toyu 3 gün 3 gecə davam edib. Məclisdə iştirak etmək üçün ölkənin müxtəlif yerlərindən gələn qonaqlar bəy və gəlini hədiyyə atəşinə tutublar. Belə ki, toyda bəyə 200 min lirə, gəlinə isə 1 kq qızıl taxılıb. Həmçinin 3 gün ərzində 22 baş qoyun kəsilib, 1 ton düyü istifadə olunub.
Türkiyə bayrağı altında baş tutan toyda türk və kürd dillərində musiqilər səslənib.