Ukraynanın şərqindəki Mariupol vilayətində gedən döyüşlər nəticəsində dinc sakinlər həlak olub.
Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in monitorinq qrupu xüsusi hesabatında açıqlama yayıb. Məlumatda bildirilir ki, atışma 4 sentyabr saat 12:40-da başlayıb. Yerli sakinlər ekspertlərə 50-60 partlayış eşitdiklərini deyib. Elektrik stansiyasının partladılması nəticəsində bölgə işiqsız qalıb.
Samir