Ermənistan parlamentinin deputatı Arsen Culfalaqyan 63 yaşlı kişini döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxt İrəvanda baş verib.
Hadisənin üstü 63 yaşlı kişinin yaralı halda xəstəxanaya gətirilməsindən sonra açılıb. Zərərçəkən polisə ifadəsində deputat Arsen Culfalaqyan və atası tərəfindən döyüldüyünü bildirib.
Ermənistanda məşhur güləşçi olan Arsen Culfalaqyan isə ittihamları qəbul etməyib.
Polis olayla bağlı araşdırma aparır.