6 Sentyabr 2014 09:08
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO sammitindəki qərarlar üzv ölkələrin yürütdüyü siyasətin bariz nümunəsidir.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O NATO-nun Ukrayna ərazisində keçirəcəyi təlimin bölgədəki gərginliyi artıracağını deyib.

NATO sammitinin nəticələrinin heç kimi təəccübləndirməyəcəyini qeyd edən S.Lavrov Soyuq Müharibə dövründə yaradılan ittifaqın öz genetik kodlarını dəyişdirməyəcəyi fikrini irəli sürüb.

Lavrov əlavə edib ki, sammitdə qəbul edilən qərarlar Rusiya tərəfindən ətraflı şəkildə təhlil ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər