15 May 23:32
287

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser ştata səfər edən Donald Trampın qarşısına qeyri-adi görkəmdə çıxıb.

Teleqraf.com xəbər verir ki, o, ayağına üzərinə Trampın şəkli olan corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.

Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb.

Üzərində Trampın fotoları olan corablar “Amazon” saytında 27,49 dollara satılır.


Müəllif: Teleqraf.com