17 May 2019 12:20
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski inauqurasiya mərasimindən sonra Ali Radanı buraxmaq təşəbbüsü ilə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin altıncı prezidentinin siyasi müşaviri Dmitri Razumkov “1+1” telekanalının efirində bildirib.

O bunu zəruri edən şərtlər sırasında parlamentdə koalisiyanın olmadığını qeyd edib.

Aprelin 30-dan mayın 10-dək Ukraynanın 24 bölgəsində 3000 respondent arasında keçirilən sosial sorğu V.Zelenskinin başçılıq etdiyi “Xalqa xidmət” Partiyasının növbəti parlament seçkisində səslərin böyük əksəriyyətini qazanacağını aşkara çıxarıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər