7 Sentyabr 2014 22:34
1 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO sammitində ABŞ Prezidenti Barak Obama türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşdə İŞİD-i müzakirə edib.


Axar.az xəbər verir ki, Obama terrorçulara qarşı hava hücumlarının yetərsiz olduğunu vurğulayıb. Amerika prezidenti qurudan hücumlara zərurət yarandığını, Suriya sərhədinə keçən silahlıları dayandırmaq lazım olduğunu açıqlayıb. Ərdoğan isə bildirib ki, İŞİD-lə bərabər, Suriyada Əsəd rejiminə qarşı da mübarizə aparılmalıdır.


Siyasi şərhçilər prezidentlərin Suriya və İraq düyününün həllini üzərinə götürdüklərini düşünürlər. “Əl Cəzirə” kanalının görüşün məzmunu ilə bağlı Ağ Evdəki mənbələrdən əldə etdiyi məlumata görə, İŞİD müzakirəsinin ən əhəmiyyətli hissəsi Türkiyə sərhədindən keçən terrorçuların saxlanmasının qabardılması olub. Obama vurğulayıb ki, İŞİD-ə qarşı koalisiyanın ən mühüm vəzifəsi Bağdad hökumətini silahla təmin etməkdir.


Ağ Ev sahibi türiyəli həmkarından dəstək istəyib. Ərdoğan isə Bağdada göndəriləcək silah-sursatın İŞİD-in əlinə keçə biləcəyi ehtimalını irəli sürərək, Obamanın fikrinə qarşı çıxıb. Sitat:

“Koalisiya deyil, ittifaq qurulmalıdır. Yaradılacaq koalisiyanın Bağdad mərkəzi rəhbərliyinə silah verməsinə qarşıyıq. ABŞ-ın orada qoyub getdiyi silahlar bu gün İŞİD-in əlindədir. Ölkədə davam edən bir həll prosesindəyik. Bu müddətdə silahların nəzarətsiz buraxılması bizim daxili barışımıza da təhlükə meydana gətirər. Vətəndaşlarımızın ABŞ-lı jurnalistlər kimi öldürülməsini istəmirik”.


Müəllif: