Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Məkkə şəhərinə səfər edib.
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının 14-cü zirvə toplantısına qatılmaq üçün Məkkəyə gələn türkiyəli nazir müqəddəs torpaqları ziyarət edən türklərlə iftar mərasimində iştirak edib.
Mövlud Çavuşoğlu Dəyanət İşləri Başqanlığının Mərkəzində təşkil olunan görüşdən görüntüləri özünün Tvitter mikrobloqunda paylaşıb.