1 İyun 2019 11:31
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Humeymim və İdlib də daxil olmaqla rus əsgərlərinin olduğu yerlərə hücumlar dayandırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlaması zamanı deyib.

Peskov Rusiya və Türkiyənin İdlib problemininin həllinə fərqli yanaşmadıqlarını bildirib.

Rusiya Prezidenti Putinlə Türkiyə Prezidenti Ərdoğanın telefon müzakirələrini şərh edən Peskov deyib ki, bölgədə atəşkəsi təmin etmək vacibdir: “Humeymim və İdlib də daxil olmaqla rus əsgərlərinin olduğu yerlərə hücumların dayandırılması lazımdır”.

Peskov əlavə edib ki, İdlib anlaşmasına görə, bölgədə atəşkəsin Türkiyə tərəfindən təmin edilməsi göstərilir: “Rusiya bu məsələdə Türkiyə ilə koordinasiyalı fəaliyyətə böyük əhəmiyyət verir”.


Müəllif: Cavad