Narilata və ya nareepol adlanan bu qeyri-adi bitkinin mənası “qadın ağacı” deməkdir.
Teleqraf.com xəbər verir ki, Tailandın Himalay bölgəsi və Şri Lankada yetişən bu qəribə ağac qadına bənzər meyvələr yetişdirir.
Haqqında bir sıra araşdırma aparılmış və dini rəvayətlər uydurulmuş bu ağacın orijinallarına Banqkokdan təxminən 500 km uzaqda yerləşən Petçbun bölgəsində rast gəlindiyi deyilir.
Məlumata görə, 20 ildən bir meyvə verən bu ağacın meyvələri budağından qoparılandan sonra sürətlə büzüşməyə başlayır. Lakin meyvə öz dadını itirmir. Duzlu və turş dada malik olduğu deyilən meyvələri qurudub bəzək əşyası kimi istifadə edənlər də var.
Lakin aparılan araşdırmalar bu ağacın real olub-olmadığını da müzakirə mövzusuna çevrilib. Çünki internetdə bu ağac haqda çox az məlumat var, demək olar ki, bu barədə böyük araşdırma aparılmayıb. Bir çox insan isə internetdə yayılmış fotoların montaj olduğunu iddia edir.
Bunu araşdıranlar nareepol ağacı haqda hekayənin bir buddist əfsanəsindən təsirlənərək yaradıldığını iddia edirlər.
Bir əfsanəyə görə, Tanrı İndiranın arvadı və övladları ilə birlikdə yaşadığı yerin yaxınlığında yerləşən bir meşədə şəhvət düşkünü heramtitlər və yoqlar yaşayırdı. İndira arvadını meşədə meyvə yığarkən onların hücumundan qorumaq üçün onun gözəl bədəninə bənzər meyvələr verən ağaclar yaradır. Beləliklə, heramtitlər və yoqların diqqəti dağılır və Tanrının arvadına hücum etmirlər.
Həmin əfsanəyə görə, bu meyvələri yeyən və toxunan pis meşə varlıqları 4 ay yatır və güclərini itirirmiş.
Bu qadın fiqurlu meyvələr Tay mədəniyyətində qolbaq, heyəl və bədii obrazlar üçün ilham mənbəyi olub.