6 İyun 2019 17:39
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ehtiyac olarsa, Çinin 300 milyard dollar həcmindəki məhsuluna qarşı əlavə gömrük vergisi tətbiq ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ və Çin arasında ticarət müzakirələrinin davam etdiyini xatırladan Tramp bununla belə, iki ölkənin yeni saziş üzərində anlaşa bilməyəcəyini istisna etməyib:

“Belə bir vəziyyət yaranarsa, Çindən idxal olunan 300 milyard dollar həcmindəki məhsula əlavə vergi tətbiq edəcəyik”.

Tramp mayın 10-da əlavə vergi tətbiq ediləcək 200 milyard dollarlıq məhsulun siyahısını açıqlamışdı. Lakin bundan sonra açıqlanan siyahı üzrə yalnız 10% məhsula əlavə vergi tətbiq olunmuşdu.

Mayın 13-də isə Çin 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə vergi tətbiq etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər