Bu gün Belarusun bir çox şəhərlərinin mağazalarında spirtli içki satışı qadağan olunub.
Teleqraf.com xəbər verir ki, bu, məktəblərdə məzun gününün keçirilməsi ilə bağlıdır.
Spirtli içki yalnız açıq şəkildə, yəni qədəhlərə doldurulma vasitəsilə satılacaq və iaşə müəssisələrindən – restoranlardan və barlardan əldə etmək mümkün olacaq.
Qadağa iyunun 9-u səhər saatlarınadək qüvvədə olacaq.