9 İyun 2019 08:42
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonu ərazisində təxminən 5 kilometr uzunluğunda yeraltı şəhər aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, Avanos rayonunun Çalış bələdiyyəsi ərazisində təxminən 15 birmərtəbəli evi döşəmədən su basıb. Sakinlər bu barədə bələdiyyədən kömək istəyiblər. Subasmanın səbəbi araşdırılarkən bir-birinə yapışıq tikililərdən təxminən 50 metr aralıda iki girişi sakinlər tərəfindən hörülən mağara tapılıb. Daha sonra müəyyənləşdirilib ki, mağara hesab edilən ərazi hazırda su altında olan yeraltı şəhərdir. İlkin ehtimala görə, ibadət yeri, yaşayış otaqları və tunellərdən ibarət bu məkan təxminən 5 min il tarixə malikdir.

Yeni tapılan yeraltı şəhərin turizm bölgəsinə daxil edilməsi və bunun üçün yararlı hala salınması məqsədilə müzakirələrə başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər