8 Sentyabr 2014 21:57
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin paytaxtında terror aktı nəticəsində 12 nəfər ölüb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, “Əş-Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Minalanmış avtomobil Afrika sülhməramlıları karvanı yaxınlığında partladılıb. Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçular sentyabrın 1-də ABŞ-ın xüsusi əməliyyat nəticəsində öldürdüyü qruplaşmanın lideri Əhməd Qodaninin qisasını almaq istəyiblər.


Müəllif: