Dünyada insan övladı var olandan dələduzlar da olub. İndinin özündə belə dünyada məşhur fırıldaqçı kimi tarixə keçən isimlər var.
Teleqraf.com dünyanın ən məşhur fırıldaqçılarını oxuculara təqdim edir:
Gerd Heidmann dostları ilə birlikdə ortaya çıxardığı Adolf Hitlerin saxta eynəyini 1938-ci ildə Stern dərgisinə 6 milyon dollara satıb. Eynəkdə bir sıra qüsurlar olsa da, onu qabiliyyətlə satmağı bacarıb. Hətta dövrün məşhur tarixçi alimləri Huq Roper və Rupert Murdok kimi şəxsləri eynəyin həqiqətən Hitlerə məxsus olduğuna inandıra bilib.
Frank Abagnale 16 yaşında olduğu zaman “Pan American Vorld Airvays” adlı hava yolu şirkətinin uniformasını oğurladıqdan sonra pilot olduğunu iddia edərək 26 ölkəyə pulsuz uçuşlar həyata keçirib və bu müddətdə olduğu ölkələrdə 2,5 milyon dollarlıq saxta çekləri xərcləyə bilib. Pilotluqdan bezdiyi üçün saxta şəxsiyyət vəsiqəsi ilə həkimlik etməyə başlayıb, daha sonra özünü bir hüquq firmasının müşaviri olaraq tanıdaraq bir sıra fırıldaqlar həyata keçirə bilib. Hazırda ABŞ Federal Təhqiqatlar Bürosunda və özəl şirkətdə fırıldaqçılıq və dələduzluq hallarının qarşısını almaq məsələsi üzrə məsləhətçi kimi işləyir.
Kumar Srivastava isə Hindistan tarixinin bir nömrəli dələduzu sayılır. Kumar Tac Mahal, Red Ford və parlament binasını 545 deputatı ilə birlikdə satıb. O, yaşadığı dövrdə və ölümündən sonra da əfsanə olub. Kumar 113 il həbs cəzası alıb. Ölkə həbsxanalarından 8 dəfə qaçmağı bacarıb. 84 yaşında polis tərəfindən həbsxanaya aparılarkən yoxa çıxıb və heç zaman görünməyib.
Ferdinand Valdo Demara: Amerikanın məşhur dələduzu. Hər sifətə girməyi bacaran yeganə fırıldaqçı. Uzun müddət polis rəisi, rahib, cərrah, həbsxana müdiri, vəkil və daha bir neçə peşə sahibi kimi özünü təqdim edərək məqsədinə çatıb. Hətta həkim kimi cərrahiyəyə aid kitab yazıb. Koreya, Kanada və bir sıra ölkələrdə işləyib. Hər peşədə özünü rahat hiss edən qorxunc zəkalı dələduz hesab olunur.
Çarlest Ponzi: qurduğu səadət zənciri hesabına milyonlarla dollar qazana bilib. Həbsə girib, azadlığa çıxdıqdan sonra batmış istiqrazları sərmayəçilərə sataraq dolanıb. ABŞ hökuməti Ponzini 1949-cu ildə İtaliyaya təhvil verib. İtaliyaya gəldikdən az sonra Ponzi Mussolinonun maliyyə müşaviri vəzifəsində çalışıb.
Bernie Modoff 1938-ci ildə doğulub. 1970-ci ildə qurduğu şirkətlə 50 milyard dollarlıq Vall Street tarixinin ən böyük dələduzu və fırıldaqçısı adına imza atıb. 2008-2009-cu illərdə “Ponzi Oyunu” olaraq adlandırılan səadət zənciri ilə məşhur şəxsləri, bankları və hökumət adamlarının olduğu müştərilərini aldadıb. Prokurorlar Madoff haqqında korrupsiya, yalan bəyan, sosial yardımdan oğurluq, çirkli pul yuma olmaq üzrə 11 maddə üzrə ittiham edilib və barəsində 150 il həbs cəzası çıxarılıb. Onun uşaqlarının hər birinə 10-12 il müddətinə həbs cəzası verilib.
Sulun Osman məşhur türk dələduz: Tramvay, Qalata qülləsi, İstanbul meydanlarındakı saatlar, şəhər xətləri, gəmilər kimi xidmət sahəsini İstanbula gələn saf Anadolu tacirlərinə satmaq və icarəyə verməklə əfsanə halına gəlib. O qədər inandırıcı təsir bağışlayıb ki, hətta şəhərdəki körpüləri aylıq icarəyə verməyi bacarıb.