9 Sentyabr 2014 13:15
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Pakistanda son bir neçə gündə davam edən daşqınlar nəticəsində ölənlərin sayı ümumilikdə 400-ə çatıb. Ölənlərin 120-si Hindistanın nəzarəti altında olan və Pakistanla mübahisəli Kəşmir bölgəsinin sakinləridir.

Kəşmirdə daşqın minlərlə sakinin evlərində və damların üstündə təcrid olmasına səbəb olub. Onların xilas edilməsi üçün xilasedicilərlə yanaşı, xeyli sayda hərbçi də cəlb olunub. Kəşmirdə son 50 ilin ən güclü daşqını elektrik enerjisi naqillərinə, telefon xətlərinə ziyan vurub və on minlərlə sakini kommunikasiya vasitələrsiz qoyub.

Regionun ən böyük şəhəri olan Şrinaqar yaxınlığında onlarla insan kəndirin köməyilə çayı keçərək xilas ola bilib. Şəhərin böyük bir hissəsi su altında qalıb.

Təkcə Kəşmirdə 450 kənd su altında qalıb, 2000-ə yaxın kəndə qismən ziyan dəyib.

Bölgədə bütün məktəblər, universitetlər və iş yerləri bağlanıb, içməli su və elektrik enerjisi təchizatı məhdudlaşdırılıb.

Anspress


Müəllif:

Oxşar xəbərlər