19 İyun 2019 11:20
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid silahlı qruplar son döyüşlərdən sonra Yəmənin Sokarta adasından çıxmaq məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, Sokarta valisi Nizar Mahrus faktı təsdiqləyib.

Vali bildirib ki, BƏƏ-nin Hizami Emni adı verilən ünsürləri adadakı Ərahbil limanına hücum edib. Silahlı qarşıdurma nəticəsində bu qüvvələr qaçaraq adanı tərk edib.

Vali əlavə edib ki, hazırda ada normal həyata dönüb.


Müəllif: Cavad

Oxşar xəbərlər