19 İyun 2019 15:47
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Bihar ştatının Muzaffarpur şəhərində 100-dən çox uşaq ensefalit xəstəliyindən həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bir çox ailənin kəndlərdən şəhər xəstəxanalarına gələ bilmədiyini və ölü sayının daha çox olacağı bildirilib.

Məlumatda kütləvi ölümlərə məsələ ilə əlaqədar tibbi layihənin həyata keçirilməsinin təxirə salınmasının səbəb olduğu vurğulanıb.

Olaydan sonra baş qaldırmış kütləvi etirazlara cavab olaraq, Səhiyyə Nazirliyinə qarşı cinayət işi açılıb.

Həkimlər xəstəliyin səbəbini bilmirlər. Virusun yüksək temperaturdan, nəm və çin ağacı meyvəsindən yayıldığı ehtimal olunur.

Ensefalit, yaxud beyin iltihabı qulaq ağrısı, herpes simpleks, influenza, infeksioz hepatit və infeksioz mononukleoz, quduzluq virusu kimi viruslar səbəbindən ortaya çıxır. İlk simptomları şiddətli baş ağrısı, boyunda sərtliyin yaranması və qızdırmadır.

Xəstəliyə 1-2 həftə davam edən simptomatik müalicə tətbiq olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər