"Rusiya istehsalı olan S-400 sistemini alan Türkiyəyə sanksiya tətbiqi gerçək seçimdir. ABŞ və digər NATO ölkələri Türkiyəyə S-400 almaqdan başqa seçimlərinin olduğunu bəyan ediblər".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunur.
Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.