23 İyun 2019 15:59
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kambocada tikintisi davam edən binanın çökməsi nəticəsində ölənlərin sayı 18-ə, yaralıların sayı isə 24-ə yüksəlib.

Sahil şəhəri olan Sihanukvildə iyunun 22-də gecə saat 4:00 radələrində baş verən hadisə nəticəsində bir neçə inşaatçı dağıntı altında qalıb. Qəza baş verən vaxt binanın inşaat işlərinin 80 faizi tamamlanmışdı.

Hadisə yerinə ümumilikdə minə yaxın xilasedici, hərbçi, polis, tibb işçisi, inşaat mütəxəssisi cəlb olunub.

Yerli hakimiyyət orqanlarının yaydığı bəyanatda deyilir ki, dağıntının 40 faizi təmizlənib. Hələlik neçə nəfərin itkin düşdüyü bilinməsə də, tikinti vaxtı binada təxminən 50 nəfərin olduğu ehtimal edilir. Qeyd olunur ki, binanın dəmir konstruksiyası anidən dağılıb.

Polis binanın sahibi, tikintinin rəhbəri, icarəçi və ərazi sahibini ilkin dindirilmə üçün saxlayıb.

Kambocanın Baş naziri Hun Sen ölənlərin yaxınlarına başsağlığı verib və onların hər birinin ailəsinə 10 min ABŞ dolları dəyərində kompensasiya ödəniləcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər