24 İyun 2019 12:30
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəmlə 1993-cü ildə bacımın toyunda tanış olmuşuq. Qardaşımın dostu idi, o dəvət edibmiş. Mən də ortalıqda gəzən qız idim. Sonra Əkrəm bəy bizim iş yerinə gəlmişdi, məni orda görüb təəccübləndi. Ailə dostumuzdan soruşub ki, bu qızın burda nə işi var? O da Əkrəmə israrla deyib ki, Diləklə işin olmasın, dostumuzun bacısıdır, yaşı da azdır. Təbii ki, Əkrəmə kim mane ola bilərdi ki? Sonra münasibərlərimiz başladı.

Teleqraf.com xəbər verir ki, bu sözləri İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu “Xanım deyil, qadın” verilişində çıxışı zamanı deyib.

O, Əkrəm İmamoğlunun uğurunun sirrini belə izah edib: “Onun uğuru səbirli, təmkinli və həmişə planlı olmasındadır. Mən həyat yoldaşıma dəstək və ya ilham verən qadın ola bilərəm, amma ön planda olmaq istəməyən qadınam. Təhsilimi ailə qurandan sonra da davam etdirdim. İlk övladımız Səlim doğulanda universitetə qəbul olundum. Magistr təhsili alanda ikinci övladıma hamilə idim və sonra təhsilə fasilə verdim. Üçüncü övladımız Bərən doğulanda isə gördüm ki, artıq doktoranturada oxuyuram. 23 illik evlilik həyatıma 3 övlad, universitet, MBA və doktoranturanı sığdırmışam”.


Müəllif: Leyla