24 İyun 2019 17:18
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis pop ulduzu Dua Lipa İsak Karyudan ayrıldıqdan üç həftə sonra yeni sevgilisini tapıb.

Teleqraf.com xəbər verir ki, 23 yaşlı müğənni məşhur italyan modellər Gigi və Bella Hadidin 20 yaşlı qardaşı Ənvər Hadidlə birlikdədir.

Cütlük Los Ancelesdə tanış olub.

Pop müğənnisi, 33 yaşlı İsak Karyu ilə 18 aylıq sevgi münasibərti iyun ayının əvvəlində bitmişdi. Lipa Karyudan əvvəl musiqiçi Paul Kleynlə birgə yaşamışdı.

23 yaşlı müğənninin yeni sevgilisi Ənvər Hadid də bacısı kimi modelliklə məşğuldur.


Müəllif: Mənsur Rəğbətoğlu