Küçələrə çıxan on minlərlə insan Honkonq parlamentini zəbt edib.
Teleqraf.com xəbər verir ki, Honkonqun Britaniyadan Çinə verilməsinin 22-ci ildönümü münasibəti ilə keçirilən aksiya bir anda böyük izdihama çevrilib.
Mitinqçilər dünən nahar saatlarında parlamentin binasını ələ keçirib.
Mitinqçilər polisin qurduğu postları dağıdıb və parlament binasının divarlarında şüarlar yazıb. Ancaq gecə saatlarında polisin müdaxiləsindən sonra mitinqçilər geri çəkilməli olub. Polis aksiyaçıların qurduğu barrikadaları tezliklə aradan qaldırıb.
Ölkənin lideri Karrie Lam bu gün açıqlama ilə çıxış edərək aksiyanın zorakı prosesə çevrilməsini pisləyib. O, deyib ki, baş verənlərdən insanlar şoka düşüb.