Dubaydan qaçan şahzadə Haya Almaniyadan Londona gedib.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) dövlət başçısının müavini, baş nazir və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun xanımı, şahzadə Haya Almaniyadan Londona getdiyi və burada qorxu içində yaşadığı iddia edilir.
BBC kanalı xəbər verir ki, Haya artıq Londonda yaşamağa başlayıb.
İordaniya əsilli, İngiltərə təhsilli Haya Londonun mərkəzində 85 milyon funt sterlinq dəyərində bir malikanədə yaşayır.
Hayanın BƏƏ-yə qaytarılmasını tələb ediləcəyi təqdirdə İngiltərə ilə diplomatik böhran yaşanacağı gözlənilir.
Məlumata görə, Haya artıq İngiltərə Ali Məhkəməsində haqlarını müdafiə etmək üçün hazırlıqlara başlayıb.