ABŞ hökuməti növbəti dəfə Türkiyəni “S-400” hava hücumundan müdafiə sistemlərini alacağı halda bunun sanksiyalar da daxil olmaqla ağır nəticələrə yol açacağı ilə təhdid edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən verilən açıqlamada bildirilib.
Açıqlamada rəsmi Ankaraya geri addım atması barədə xəbərdarlıq olunub:
“Birləşmiş Ştatlar “S-400”ləri almağa davam edərsə Türkiyəyə “F-35” bombardmançı qırıcıların satışının dayandırılması və “F-35”lərin istehsal proqramından çıxarılacağı barədə xəbərdarlıq edir. Paralel olaraq, bunun digər sanksiyalar da daxil olmaqla xoşagəlməz nəticələrə yol açacağını açıq şəkildə bildiririk”.
Qeyd edək ki, Rusiyadan alınan “S-400” raketlərinin təslimatı gələn həftədən başlayacaq.