6 İyul 2019 18:55
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimsə Venesuelaya qarşı yanlışlıq etməsin. Venesuelanı müdafiə etmək üçün xalqımız da, ordumuz da var. Birlik və həmrəylik içindəyik. Venesuela sarsılmaz bir şəkildə azad və müstəqildir. Dünyanın imperialistləri bunu belə bilsin.

Teleqraf.com xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Maduro paytaxt Karakasda keçirilən hərbi parad zamanı bildirib.

Xatırladaq ki, Venesuelada müstəqillik günü və Silahlı Qüvvələr Günü qeyd edilir.

Prezident yüz minlərlə insanın qarşısında çıxışı zamanı bütün qüvvələri dialoqa dəvət edib: “Əlimi sülh və əmin-amanlıq üçün uzadıram. Yetər ki, çevriliş, ölkəniz qeyri-sabit hala gətirmə cəhdlərinə, işğala, iqtisadi sanksiyalara və şiddətə son verin”.

Gələn həftə milli dialoq mövzusunda pozitiv xəbərlər olacağına işarə edən Maduro ölkə müxalifəti ilə daim dialoq içində olmaq istədiklərini və bunu bacaracaqlarını vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər