10 Sentyabr 2014 14:58
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda müşahidəçi ölkə statusunda olan Pakistan, Hindistan və İran bu il Şanhay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul oluna bilər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib.

O bildirib ki, Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan liderləri müşahidəçi ölkə başçıları və nümayəndələri və eləcə də beynəlxalq təşkilatların iştirakı ilə sentyabrın 11-12-də Düşənbədə ŞƏT-in sammiti keçiriləcək.

Lavrovun sözlərinə görə, bu sammitdə təşkilata yeni üzvlərin qəbul edilməsinə yönəldilmiş hüquqi, inzibati və maliyyə şərtlərinin qəbul olunması vacibdir.

Samir


Müəllif:

Oxşar xəbərlər