Münhendən havaya qalxacaq 140 reys təxirə salınıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Lufthansa Hava Yolları pilotlarının bu gün keçirdikləri tətil olub. Pilotlar əsasən, pensiya yaşının qaldırılmasına qarşı etiraz ediblər.
Onlar bildiriblər ki, indiyə qədər nizamlamalara əsasən pensiyaya 55 yaşında çıxılırdısa, indi yaş həddi 61-ə yüksəldilib.
Tətil nəticəsində 13500 sərnişinin hava limanında qaldığı bildirilib.
Samir